"Yaşıl Bazar"ın sahibi hesabat verdi

10:00 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. “Green Food Group” QSC 2022-ci ili 303 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 300 min manat olub ki, bu da illik müqayisədə 1% artımdır.

ABC.AZ Banker.az-a istinadla xəbər verir ki, 31 dekabr 2022-ci il tarixinə “Green Food Group” QSC-nin əsas əməliyyat gəlirləri 1 milyon 318 min manat (4% çox), satışın maya dəyəri 712 min manat, inzibati xərcləri 148 min manat təşkil edib.

Hesabat dövründə “Green Food Group”un cəmi aktivləri 6 milyon 838 min manat, cəmi öhdəlikləri 392 min manat, cəmi kapitalı isə 6 milyon 446 min manat olub.

Xatırladaq ki, “Yaşıl bazar”ın sahibi olan “Qaya M LTD” MMC şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək “Green Food Group” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdi.