Azərbaycanın xaricdən aldığı ərik qurusu bahalaşıb

17:10 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 386 min ABŞ dolları dəyərində 1 433 ton ərik qurusu idxal edib. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 680,4 min dollar və ya 18,4%, həcm baxımından isə 189 ton və ya 15,2% çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında 3 milyon 705 min dollar dəyərində 1 244 ton qurudulmuş ərik idxal  edilib.

Ümumilikdə isə 1 kq ərik qurusunu idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 3,06 manata və 2022-ci ilin eyni dövründə 2,98 manata başa gəlib.