15:27 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. 2023-ci il ərzində gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 12% artaraq 6 milyard 337.538 milyon manata çatıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 627 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 443.3 milyon manat, aksizlər üzrə daxilolmalar 224.3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42.8 milyon manat təşkil edib.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026