Sənaye ixracımız getdikcə artır - AZPROMO rəhbəri

12:12 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Bizim sənaye ixracımız getdikcə artır.

ABC.AZ xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində AZPROMO-nun 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, vaxtilə bizdə daha çox kənd təssərrüfatı malları ixrac edilirdisə hazırda sənaye məhsulları prioritet təşkil edir. Həmçinin azad olunmuş ərazilərdə aparılacaq işlərə toxunan icraçı direktor müxtəlif layihələrin həyata keçirilməsi barədə planların olduğunu bildirib.

"Qarabağda xarici investorların o bölgəyə gətirilməsi istiqamətində işlər aparılacaq. Bununla yanaşı investorların profillərini müəyyənləşdirmək də qarşıda duran məqsədlərdəndir. Çünki onların profilini müəyyənləşdirmək bizim işimizi asanlaşdıracaq.