AZPROMO hədəfləri açıqladı - İxrac 5 milyard dollara çatdırılacaq

11:57 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. 2026 il üçün qeyri-neft məhsullarının ixracını 5 milyard dollar rəqəminə çatdırmağı düşünürük.

ABC.AZ xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində AZPROMO-nun 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Yusif Abdullayev bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan 110-dan çox ölkəyə ixrac həyata keçirir.

Y.Abdullayev bildirib ki, bu sıralamada birinci yerdə Rusiya, növbəti iki yeri isə Türkiyə və Gürcüstan tutur.

Həmçinin ixracla bağlı müxtəlif sərgilərdə iştirak etdiklərini vurğulayan icraçı direktor tədbirlərin effektivkiyinə toxunub: "Sərgilərin effekti dərhal olmur. Nəticə əldə eləmək bəzən 12, 18 ay çəkir. Amma, ümumi halda nəticələri çox sevindirici olur. Biz ilk dəfə İraqda sərgidə iştirak etmişik.

Fevral ayı ərzində biz sərgilərdə iştirakımızla bağlı məlumat verəcəyik. İlkin olaraq onu deyim ki, bizim üçün yeni olan Yaponiya, Almaniya və, Koreyadakı sərgilərdə iştirak edəcəyik. Bizim ənənəvi "Ticarət Evləri"miz fəaliyyət göstərir, hazırda 12 "Ticarət aevi"miz var. 2023-cü ilin sentyabr ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinə səfəri zamanı Pekində daha bir "Ticarət Evi" fəaliyyətə başladı. Bununla yanaşı 4 ticrət nümayəndəliyimiz mövcud idi. Onların da sayı artırılaraq 5-ə çatdırıldı. Belə ki, Türkiyədə ticarət nümayəndəliyimiz fəaliyyətə başladı".

Müəllif: Elmir Murad