11:43 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Son illər Göygöl rayonunda moruq təsərrüfatlarının yaradılmasına maraq xeyli artıb. İqtisadi cəhətdən gəlirli olan bu giləmeyvəni əsasən dağətəyi kəndlərdə yaşayan sakinlər yetişdirirlər.
ABC.AZ xəbər verir ki, rayonda moruqçuluq üzrə bir neçə özəl təsərrüfat da yaradılıb. Onlardan biri Səmədli qəsəbəsi ərazisində fəaliyyət göstərən "FROZENİK" MMC-dir. 2023-cü ildə yaradılmış təsərrüfat tərəfindən 11 hektarda intensiv moruq bağı salınıb. Bağı daimi suvarma suyu ilə təmin etmək üçün ərazidə subartezian quyusu qazılmış, su hovuzu tikilmiş və su itkisinə yol verməmək üçün damcı suvarma qurğusu quraşdırılıb.
Təsərrüfatda hazırda "Polka", "Polana" və yerli moruq növləri yetişdirilir. "Polka" növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda onun yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq yığımı proqnozlaşdırılır. Bu zaman təsərrüfata 50 nəfərədək işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.
Yetişdirilən məhsul hələlik ölkə daxilində satılacaq. Gələcəkdə isə onun ixracı da həyata keçiriləcək.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026