Noyabrda Avropa İttifaı ölkələrindən Azərbaycana nə qədər dərman ixrac edilib?

15:59 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Noyabrda Avropa İttifaqı ölkələrindən Azərbaycana dərman ixracı azalıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, sözügedən dövrdə İttifaq ölkələrindən Azərbaycana təqribən 15,1 milyon avro dəyərində (artım 43,8%) 327 tona yaxın əczaçılıq məhsulları (azalma 1,9%) ixrac edib.

Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (6,1 milyon avro məbləğində (artım 3,2 dəfə) 70 ton (azalma 35,3%), Macarıstan (2,2 milyon avro məbləğində (azalma 9,7%) 55 ton (azalma 40%) və Sloveniya (1,2 milyon avro məbləğində (azalma 17,9%) 46 ton (azalma 7,3%) daxil olub.

Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana təqribən 137,5 milyon avro dəyərində (artım 1,3%) 3,5 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,7%) ixrac edib.