Azərbaycana ən çox dərman ixrac edən ölkələr - SİYAHI

15:50 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 3,4 min tona yaxən əczaçılıq məhsulları ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, bu barədə  Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirib. 

Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 146 milyon avro (ildən ilə artım 15,1%) təşkil edib.

Yanvar-noyabr aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (41,7 milyon avro məbləğində (artım 18,6%) 1,1 min ton (ildən ilə azalma 10,2%), Macarıstan (30,4 milyon avro məbləğində (artım 36,7%) 738 ton (artım 1,5 dəfə) və Sloveniya (17,3 milyon avro məbləğində (artım 1,8 dəfə) 377 ton (azalma 5%) daxil olub.