11:42 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. 2023-cü ildə Gəncə avtomobil zavodu İB-də traktorların yığımında artım var.
ABC.AZ xəbər verir ki, Gəncə Avtomobil Zavodu İB-də 2023-cü il ərzində traktor istehsalında ötən ilin müvafiq dövrünə nisbətdə artım qeydə alınıb.
Birliyin mətbuat katibi Məqsəd Rəhimovun sözlərinə görə, 2022-ci il ərzində 587 müxtəlif modeldə traktor yığılmışdısa, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 662 traktro təşkil edib ki, bu da 12, 7 faiz artım deməkdir. Ötən il müəssisədə müxtəlif modeldə 366 yük avtomobil istehsal olunub.
M.Rəhimiov onu da əlavə edib ki, 2023-ci il ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 341 KAMAZ, 50 ədəd SAMPO markalı kombayn və 23 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.
13 Avqust 2026
13 Avqust 2026