17:29 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. “Apple” kompaniyası “Sony” və “Honda” ilə birlikdə hazırladığı elektrik avtomobilini 2026-cı ildə “Afeela” markası altında bazara çıxarmaq istəyir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Apple” öz elektromobilində pilotsuz idarəetmə əvəzinə, sürücüyə yardım funksiyaları ilə kifayətlənmək istəyir.
Strategiyadakı dəyişiklik direktorlar şurasının “Apple” rəhbəri Tim Kuk və layihə meneceri Kevin Linç ilə görüşündən sonra qərara alınıb.
Kompaniya uzun illərdir sürücü texnologiyası, həmçinin daxili və xarici dizayn üzərində işlər aparır. “Apple” artıq Avropadakı potensial tərəfdaşları ilə yeni yanaşmanı müzakirə edib.
13 Avqust 2026
13 Avqust 2026