15:12 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. "Dokta" apteklər şəbəkəsi ilə bağlı protokol tərtib edilib.
ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən yazılıb.
Buna səbəb kimi, şirkət rəhbərliyinin sertifikasiyadan keçməyən şəxsləri aptekdə işlətməsi göstərilib.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Cəmilə Səfiyevanın icraatına verilib.
Həmin maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026