Prezident onu təltif etdi - Sərəncam

15:03 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. Məhərrəm Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Belə ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.