14:37 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Uyğunluğun qiymətləndirilməsi məsələsi ilə bağlı ölkədə qeyri-qida mallarının uyğunluğunun qiymətləndirilməsi həyata keçirilsin.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin Tənzimləmə sektorunun müdiri Nəzrin Mirzəzadə Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, bütün mallara uyğunluq sertifikatı tələb olunmur. Risk qrupuna görə malalr bölünəcək yüksək qrupuna aid olan malların uyğunluq sertifikatı tələb ediləcək. Orta və aşağı risk qrupuna aid olan məhsullar üzrə məsuliyyəti sahibkar daşıyacaq.
"Uyğunluğu qiymətləndirən qurumlar akkreditasiya olunmalıdır. Akkreditasiya mərkəzi tərəfindən qurum akkreditasiya olunmalıdır və bundan sonra quruma sertifikatl verməlidir", - deyə o qeyd edib.
13 Avqust 2026
12 Avqust 2026