12:27 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda “Fərqlənmə nişanı” alaraq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövlət büdcəsinə 5 milyon 917 min 867,18 manat vergi ödəyib.
ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 2 milyon 024 min 678,45 manat və ya 52% çoxdur.
Hesabat dövründə sürücülərə verilən “Fərqlənmə nişanları”nın sayı 30 min 410 ədəd və ya 20% artırılaraq 180 min 999 ədəd təşkil edib.
İl ərzində onlayn verilən fərqlənmə nişanlarının xüsusi çəkisi 67,88% olub.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026