17:16 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Ötən il Gürcüstan Azərbaycana 899.54 min ABŞ dolları dəyərində 177.8 min litr üzüm şərabı ixrac edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 238.38 min dollar və ya 36.05%, həcmi isə 7.05 min litr və ya 4.12% artıb.
2022-ci ildə Gürcüstan Azərbaycana 170.75 min litr üzüm şərabı ixrac edib ki, bunun da ümumi dəyəri 661.16 min dollar təşkil edib.