12:20 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Ötən il Rusiya şirkətləri Cənub-Şərqi Asiya ölkələrinə kömür tədarükünü 47% artıraraq 13,1 milyon tona çatdırıblar.
ABC.AZ xəbər verir ki, Rusiya kömürünün idxalı Vyetnama (1,8 dəfə — 3,9 milyon tona qədər), Malayziyaya (18% — 3,8 milyon tona qədər), İndoneziyaya (1,7 dəfə — 3,4 milyon tona qədər) artıb.
Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə ixracın artması, Aİ embarqosu tətbiq edildikdən sonra Rusiya kömürünün ixracının yeni bazarlara yönəldilməsi fonunda müşahidə olunur. Ötən ilin yekunlarına görə, Avropanın payı 11%-dən 1%-ə enib. Ümumilikdə, Rusiya kömürünün ixrac tədarükündə Asiyanın (Türkiyə və Orta Şərq Asiya ölkələri daxil olmaqla) payı 2022-ci ildə 84%-dən 2023-cü ildə 95%-ə yüksəlib.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026