15:29 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. 2023-cü ildə Gürcüstan Azərbaycana 437.233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobil ixrac edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.
Bildirilib ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128.72 milyon dollar və ya 41.72% artıb, sayı isə 8 059 ədəd və ya 26.46% azalıb.
Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir.
2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5% Azərbaycanın payına düşüb.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026