İrandan Pakistana 1 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilib

14:56 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Pakistan Ticarət Nazirliyinin statistik məlumatlarına əsasən, 2023-cü ildə İran bu Cənubi Asiya ölkəsinə təxminən 1 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da bir il əvvəlki ilə nisbətən 13% artım təşkil edib.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, Pakistan 2023-cü ildə İrandan 994 milyon dollar dəyərində mal idxal edib.

2022-ci ildə ölkə İrandan 834 milyon dollar dəyərində qeyri-neft malları idxal edib.

Pakistanın 2023-cü ildə İrana rəsmi ixracı cəmi 155.000 dollar təşkil edib. 2022-ci ildə Pakistan İrana 21 000 dollar dəyərində məhsul ixrac edib.