14:40 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. Azərbaycandan Rusiyaya 306 min ədəd toyuq yumurtasının növbəti partiyası idxal edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Yanvarın 21-də “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 18 ton (306 min ədəd) həcmində daha bir partiya ərzaq yumurtası gətirilib. Yanvarın 22-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya artıq 3.3 milyon ədəd ərzaq yumurtası tədarük olunub”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.
2024-cü il yanvarın 1-dən Rusiyada yumurtanın qiymətinin kəskin artması fonunda bu ölkə onun idxalı üçün rüsumları 6 ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1.2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymətlə bağlı vəziyyəti sabitləşdirəcək.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026