14:25 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. Azərbaycan xaricdən ərzaq alışını 2023-cü ildə 203 milyon dollar azaldıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il xaricdən 2 milyard 160 milyon dollarlıq yeyinti məhsulları alınıb ki, bu 2022-ci illə müqayisədə 203 milyon dollar və ya 8,6% azdır.
Bəzi məhsullar üzrə idxalın azalması 30-40%-ə çatır. Bir sıra məhsullarda isə əksinə, idxal daha da artıb.
Beləliklə, 2023-cü ildə idxalı ən çox azalan məhsul buğda olub – 2022-ci ildəki 436 milyon dolların qarşısında 2023-də xaricdən ölkəyə cəmi 304 milyon dollarlıq buğda gətirilib – 133 milyon dollarlıq qənaət yaranıb.
İdxalı azalan 2-ci məhsul bitki və heyvan mənşəli yağ və piylərdir – 2023-cü ildə bu məhsuldan ölkəyə 184 milyon dollarlıq idxal edilib. 2022-ci ildə isə bu rəqəm 297 milyon dollar idi – 114 milyon dollar və ya 38% qənaət baş verib.