12:30 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. 2023-cü ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 28% artaraq 862.07 milyon dollar təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi statistikada bildirilib. Hesabat dövründə Azərbaycana ixrac ölkənin ümumi ixracının 14.2%-ni təşkil edib.
Bu göstəricilərlə Azərbaycan ötən il Gürcüstanın ən çox mal və məhsullar ixrac etdiyi ölkə olub. Gürcüstanın digər iki əsas ixrac tərəfdaşı isə Ermənistan (787.12 milyon dollar) və Qazaxıstan (702.96 milyon dollar) olub.
2023-cü ildə Gürcüstanın ixracı illik müqayisədə 9.1% artaraq 6.090 milyard dollara çatıb.
13 Avqust 2026
13 Avqust 2026