11:49 - 22.01.2024
22 yanvar, Fineko/abc.az. Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.
ABC.AZ xəbər verir ki, Banker.az bunları rəsmi rəqəmləri hesablayaraq bu nəticəyə gəlir.
Ölkənin Rusiyadan ən çox idxal etdiyi şam ağacını 2019-cu ildə hər kubunu 133 ABŞ dollarına (227 manat), 2020-ci ildə bu rəqəm 117 dollara, 2021-ci ildə 135 dollara və 2022-ci ildə isə 203 dollara almışdı.
2023-cü ildə isə bu rəqəm artıq 213 dolları ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pre-pandemiyadakından 60-70% daha bahadır.
Qiymətlər digər taxta materiallarında da özünü göstərir. Məsələn, ikinci ən çox alınan ağ şam ağacını (küknar) hər kub metr üçün 210 dollar alıb. Bu 2022-ci ildə 206 dollar idi.
2023-cü ilin ilk 11 ayında Rusiyadan 191.96 min kub-m ($40.89 mln.) ağ şam ağacı, 155.39 min kub-m ($32.68 mln.) küknar ağacı və 173.49 min kub-m ($32.61 mln. kub-m ağacyonqarlı plitələr idxal edilib.
Ümumilikdə Rusiyadan 183.34 mln. dollarlıq taxta materialları alınıb.
8 Avqust 2026
8 Avqust 2026