Rusiyada oyuncaqların psixoloji və pedaqoji müayinəsi aparılacaq

11:43 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. “Roskaçestvo” (Rusiyanın qeyri-kommersiya təşkilatı) Rusiyada uşaq oyuncaqlarının psixoloji və pedaqoji müayinəsinə başlamağa imkan verən standart hazırlayıb.

ABC.AZ xəbər verir ki, sənəddə uşağın yaşından asılı olaraq uşaq psixikası üçün oyuncaq təhlükəsizliyi meyarları təklif olunur. “Roskaçestvo”, uşaqların sağlamlığına və inkişafına zərər verə biləcək malların 13 əlamətini müəyyənləşdirib. Bunlar arasında həyat və sağlamlıq üçün təhlükəli hərəkətləri təşviq etmək, narkotik maddələrdən istifadə etmək istəyini təhrik etmək kimi əlamətlər var. Siyahıya cinsi zorakılığın görüntülərini ehtiva edən və xarici agentlər tərəfindən hazırlanan şiddətin qəbuledilməzliyini əsaslandıran oyuncaqlar da daxil edilmişdir.