14:27 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. 2023-cü ildə ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildieib.
O qeyd edib ki, hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 % təşkil edib.
2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 % artıb.
"2023-cü ildə 2 milyon manat dəyərində 139 açıq tender, 1,6 milyon manat dəyərində 4 353 ədəd elektron açıq tender, 59,6 milyon manat dəyərində 2 888 ədəd kotirovka sorğusu və 972,6 milyon manat dəyərində 438 ədəd təkliflər sorğusu keçirilib. 2023-cü il ərzində dövlət satınalmaları üzrə ümumilikdə 12 432 yekun protokol təhlil olunub. Bu təhlillər nəticəsində 1 512 ədəd müsabiqədə qanunvericiliyin tələblərinin pozulması hallan aşkar olunduğundan Dövlət Xidməti tərəfindən ləğv edilib. 180 protokol təkrar təqdim edilməsi üçün geri qaytarılıb. 551 protokol yenidən qiymətləndirilib", - deyə xidmət rəisi vurğulayıb.