12:29 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli mətbuat konfransında bildirib.
Bundan başqa, tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə 3 bazar subyektinə 148,2 min manat maliyyə sanksiyası tətbiq edilib. İşlərə baxılması davam edir.
İl ərzində 26 bazar subyekti tərəfindən haqsız rəqabət hallarının əlamətləri könüllü aradan qaldırılıb.
Məmməd Abbasbəyli bildirib ki, 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 4 əsas təkmilləşdirmə layihələri keçirilib.
14 Avqust 2026
14 Avqust 2026