İstehlakçılara qaytarılmış məbləğ 83% artıb

12:17 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. İstehlakçı hüquqlarının müdafiəsi dövlət özəl tərəfdaşlığının genişlendirilməsi və maarifləndirmə işləri nəticəsində təmin olunmuş müraciətlər üzrə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılmış məbləğ 2022-ci illə müqayisədə 83% artıb.

ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli mətbuat konfransında deyib.

İl ərzində 4 əsas bazar araşdırmaları aparılıb:

1) dərman vasitələri bazarında

2) kənd təsərrüfatı bazarı

3) kargo bazarı 

4) internet xidmətləri bazarı

Birləşmə (qovuşma)  və səhmlərin (payların) alqı-satqısı ilə əlaqədar baxılmış müraciətlər 2022-ci ildə 13 ədəd olub, 2023-cü ildə isə bu say 2 dəfədən çox artaraq 31-ə çatıb.