Dünyanın ən yaxşı qida məkanları açıqlanıb - Siyahıda Bakıda var

10:12 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. 2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, səyahət platforması “Tripadvisor”da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib.

Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub.

Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best of the Best” mükafatına layiq görülür.