Süni mal ətinin satışı dünyada ilk dəfə İsraildə təsdiqləndi

17:11 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Süni mal ətinin satışı dünyada ilk dəfə İsraildə təsdiqlənib.

ABC.AZ xəbər verir ki, bu barədə yanvarın 17-də İsrailin Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunur ki, kultivasiya olunan mal ətinin əhaliyə satılmasına icazə İsrailin “Aleph Farms” qida texnologiyaları şirkətinə verilib.

Qurumdan bildirilib ki, bundan əvvəl qida risklərinin idarə edilməsi departamenti tərəfindən alternativ zülalın tədqiqi üzrə pilot proqrama başlanılıb. İri buynuzlu mal-qaradan alınan kultivasiya olunan hüceyrələrə əsaslanan yeni qida məhsulunun əhaliyə satılmasına icazə verildi.

Həmçinin “Aleph Farms” startapı, inək əzələ hüceyrələrindən ət toxumasının yaradılması texnologiyasını da hazırlayıb və tətbiq edib.