16:29 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə, istehsalçı və topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil olması ilə bağlı çətinliklər aradan qalxır.
ABC.AZ xəbər verir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış malların, işlərin, xidmətlərin əsas dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilməlidir.
Lakin faktorinq əməliyyatları üzrə əməliyyatların əsas dəyəri satıcıya deyil, müvafiq kredit təşkilatına ödənilir. Bu zaman, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlər yaranır.
Faktorinq aləti mülki qanunvericilikdən irəli gələn və biznes subyektlərinə verilən hüquq olduğundan bunun vergi qanunvericiliyində də aydın şəkildə təsbit edilməsinə zərurət yaranıb.
14 Avqust 2026
14 Avqust 2026