2022-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,2 faiz artıb

15:47 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. 2024-cü il yanvar ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1.515.306 vergi ödəyicisinin 1.322.461-i və ya 87,3 faizi fiziki şəxslər, 192.845-i və ya 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2022-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,1 faiz, hüquqi şəxslərin sayı 8,8 faiz artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 176.321 təşkil edib. Kommersiya qurumlarının sayında 9,4 faiz artım qeydə alınıb.

2024-cü il yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.926 vahid təşkil edib ki, bu da 2023-ci il yanvarın 1-nə nisbətən 14,1 faiz artım deməkdir.