16:58 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Çinin ixracatı 2023-cü ildə 4,6% azalıb, idxal 5,5% azalıb.
Bu barədə cümə günü ÇXR Baş Gömrük İdarəsinin açıqladığı məlumatlarda deyilir.
ABC.AZ xəbər verir ki, Çinin ixracatı hesabat dövründə illik ifadədə 4,6% azalaraq 3,38 trilyon dollar təşkil edib, idxal 5,5% azalaraq 2,55 trilyon səviyyəsinə çatıb.
2023-cü il üçün xarici ticarətin ümumi dollar ekvivalenti 5.93 trilyon dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 5% azdır.