Azərbaycan Rusiyaya 1.5 milyon yumurta satıb

14:14 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Azərbaycan Rusiyaya 1.5 milyon yumurta ixrac edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Bildilirib ki, yanvarın 11-nə kimi Azərbaycandan Rusiyaya 1.5 milyon yumurta (90.63 ton) idxal edilib.

“Yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18.63 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası gətirilib”, – deyə Rosselxoznadzorun yaydığı məlumatda qeyd olunub.