Ağstafa ərazisində yeni gömrük-keçid məntəqələri yaradılacaq

17:20 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bu yaxınlarda Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub:

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.

"Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub. Həmçinin digər gömrük-keçid məntəqələrində də yenidənqurma və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub".