16:11 - 10.01.2024
10 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 3,8%-lik artım deməkdir. Ötən ilin IV rübündə isə ölkədən 914,2 mln. ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9% çoxdur.
17 Avqust 2026
15 Avqust 2026