Türkiyə və BMT qida məsələsi üzrə təkliflər hazırlayır

11:41 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Türkiyə BMT ilə birlikdə ehtiyacı olan ölkələrə ərzaq tədarükü üçün bir sıra təkliflər hazırlayır.

ABC.AZ xəbər verir ki, Ankara Moskva ilə təmasdadır, eyni zamanda, hərbi əməliyyatların davam etməsi vəziyyətində Qara dəniz taxıl təşəbbüsünün ilkin formada yenilənməsi çətin görünür.

Bildirilir ki, Qara dəniz taxıl təşəbbüsünün ilkin formada bərpa olunma ehtimalı "çox çətin" görünür, lakin "Ankaranın səyləri davam edir".