14:33 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Türkiyədən 2023-cü ildə pomidor ixracı 2022-ci ilə nisbətən 42,8% artaraq 538 milyon 724 min dollara çatıb.
ABC.AZ xəbər verir ki, Cənub-Şərqi Anadolu İxracatçılar Birliklərinin (GAİB) məlumatına görə, 2022-ci ildə Türkiyədən 54 ölkəyə pomidor ixracından 377 milyon 198 min dollar gəlir əldə edilib. 2023-cü ildə isə ixrac əvvəlki ilin rəqəmlərini 42,8% üstələyərək 538 milyon 724 min dollara çatıb.
Bu dövrdə Rumıniya, Ukrayna, Polşa, Almaniya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, Seyşel adaları, Rusiya, Danimarka, İspaniya, Azərbaycan, İtaliya, Qətər, Qazaxıstan, Estoniya, Fransa və digər ölkələr də daxil olmaqla 52 ölkəyə 588 min 418 ton pomidor ixrac edilib.
Rumıniya Türkiyənin ən çox pomidor ixrac etdiyi ölkədir. Türkiyə keçən il Rumıniyaya 91 milyon 983 min dollarlıq pomidor satıb. Rumıniyanın ardınca 64 milyon 666 min dollarla Ukrayna, 56 milyon 659 min dollarla Polşa, 53 milyon 987 min dollarla Almaniya, 40 milyon 603 min dollar və 39 milyon 585 min dollarla Rusiya gəlir.
17 Avqust 2026
15 Avqust 2026