11:30 - 30.12.2023
30 dekabr, Fineko/abc.az. Rusiya hökuməti 2024-cü ildə yeni bölgələrdən taxıl, günəbaxan yağı və şrotun rüsumsuz ixracına dair kvotaları təsdiq etməklə yanaşı, düyü və düyü yarmasının ixracına müvəqqəti qadağanı uzadıb.
ABC.AZ xəbər verir ki, düyü və düyü yarmasının ixracına qoyulan müvəqqəti qadağanın müddəti 30 iyun 2024-cü il tarixinədək uzadılır. Qeyd olunur ki, bu qərar daxili bazarda sabitliyin qorunması üçün qəbul edilib.
Eyni zamanda, düyü və düyü yarmasının ixracına qadağa qoymaq üçün bir sıra istisnalar mövcuddur. Bu, Aİİ-yə üzv dövlətlərə, eləcə də Abxaziya və Cənubi Osetiyaya tədarüklərə, humanitar yardım göstərmək üçün xaricə, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində tədarüklərə şamil edilməyəcək.
13 Avqust 2026
13 Avqust 2026