İşlənmiş avtomobil ehtiyat hissələri bahalaşıb?

11:08 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. İşlənmiş avtomobil ehtiyyat hissələrinin qiymətinin artmasıyla bağlı xəbərlər yayılır.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, köhnə avtomobil ehtiyat hissələrinin qiymətində kəskin qiymət artımı olmayıb.

"Lakin təzə ehtiyat hissələrinin qiymətində 10% artım olub. Utilizasiya proqramı üzərində iş gedir. Növbəti illərdə köhnə avtomobillərin dövriyyədən çıxarılması gündəmdə var. Bu səbəblərdən də köhnə avtomobillərin ehtiyyat hissələrinə tələb də azdır. Gələn ilin birinci rübündən utilizasiya haqları yığılanda köhnə avtomobillərin qiyməti bahalaşacaq. Amma bu o demək deyil ki, ehtiyat hissələrinin qiyməti bahalaşacaq", - deyə o, qeyd edib.