10:33 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. 2023-cü ilin sonuna qədər Çin Rusiya və Meksika bazarlarına tədarükün artması səbəbindən ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının ilkin məlumatlarına görə, yanvar-noyabr aylarında Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib. Yaponiya üçün həmin dövrdə bu rəqəm 3,99 milyon avtomobil təşkil edib, ilin sonunda isə ixracın ümumi həcmi 4,3 milyon ədəd proqnozlaşdırılır.Yaponiya son illərdə dünya avtomobil ixracatçıları reytinqində yalnız 2016-cı ildə bir dəfə Almaniyaya uduzmaqla birinci yeri tutur.
Çinin mövqeyini gücləndirən əsas amillərdən biri sanksiyalar nəticəsində Avropa və Yaponiya şirkətlərinin tərk etdiyi Rusiya bazarında satışın artması olub. 2023-cü ilin ilk 11 ayında Çin Rusiya Federasiyasına 730 minə yaxın avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə yeddi dəfə çoxdur.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026