İran regionun tranzit mərkəzi olacaq — İran mülki aviasiyasının rəhbəri

15:38 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. İran İslam Respublikası ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında Azad Ticarət Sazişi (FTA) İrana tranzit regional mərkəz olmaq imkanı verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının (САО) rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş dekabrın 27-də bildirib.

O qeyd edib ki, bu saziş ölkələr arasında ticarət əlaqələrinin inkişafı üçün böyük ticarət potensialı təmin edəcək.

Dekabrın 25-də, İran Qərbin sanksiyalarına cavab olaraq ticarət tərəfdaşlarının dairəsini genişləndirmək məqsədi ilə bloka qoşulduqdan 6 il sonra, İran və Aİİ sərbəst Ticarətə Başlamaq üçün müqavilə imzalamışdılar.