Qazaxıstanda gündəlik neft hasilatı hava şəraitinə görə azalıb

10:33 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Qazaxıstanda neft və qaz kondensatı hasilatı Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) terminalında əlverişsiz hava şəraiti səbəbindən sutka ərzində 3,6% azalaraq 254 min tona düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Energetika Nazirliyinin Yanacaq-energetika kompleksinin situasiya-analitik mərkəzi məlumat verib.

Xüsusilə, Tengiz yatağında gündəlik hasilat 5,4% azalaraq 78,6 min tona düşüb.

Mərkəzin məlumatına görə, azalma hava şəraiti səbəbindən XBKK - Novorossiysk tankerlərinə yüklənmənin dayandırılması ilə əlaqədardır.