16:31 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Rusiya Avropadakı aktivlərinin müsadirə edilməsinə eyni hərəkətlə cavab verəcək, deyə maliyyə naziri Siluanov xəbərdarlıq edib. O bildirib ki, bunun üçün qeyri-rezidentlərin aktivlərinin bloklandığı "C" tipli hesablarda kifayət qədər vəsait var.
ABC.AZ xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, "C" tipli hesablardakı vəsaitlərin həcmi 280 milyard rubldan çox idi. Eyni zamanda, bəzi hesablamalara görə, artıq 2023-cü ilin yazında bu məbləğ bir trilyon rubl təşkil edə bilər.
Qeyd edək ki, ABŞ dondurulmuş Rusiya aktivlərini leqallaşdırmağın mümkün yollarını fəal şəkildə öyrənməyə başlamışdı.