16:34 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787.8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə adıçəkilən ölkənin ümumi ixracının 14.1%-i Azərbaycandan olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32.3% artıb.
Siyahıda 2-ci yerdə 710.7 milyon ABŞ dolları ilə Ermənistan və 649.2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb.
11 ay ərzində Gürcüstan 5 milyard 584.3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80.5%-i 10 ölkənin payına düşüb.
Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28.5 milyon ABŞ dolları olub.