15:40 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 418,4 min ton sement istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 132,7 min və ya 4% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 285,7 min ton təşkil edib. 01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 59,1 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 39,7 min ton və ya 40,2% azalıb. 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 98,8 min ton təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026