12:07 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Rusiyanın “Rostex” Dövlət Korporasiyasının "Svabe" holdinqi manevr lokomotivlərinin kənar obyektlərlə toqquşmasının qarşısını almağa kömək edəcək Dəmir Yolu Nəqliyyatı üçün yeni bir sistem yaradıb.
ABC.AZ xəbər verir ki, cihaz lazer şüası vasitəsilə maneəyə olan məsafəni müəyyənləşdirir. Cihaz, temperatur həddinə, mexaniki və elektromaqnit təsirlərinə davamlılıq kimi yüksək ölçmə dəqiqliyi ilə xarakterizə olunur.
Toqquşmanın qarşısının alınması sistemi lokomotivin əsas çərçivəsinə quraşdırılır və enerji təchizatı üçün qatarın bort şəbəkəsinə qoşulur.
Qurğunun 2024-cü ildə kütləvi istehsala buraxılması planlaşdırılır.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026