Azərbaycan Qazaxıstana avtomobillər üçün əyləc bəndləri ixrac edəcək

17:26 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Ölkəmizin “Made in Azerbaijan” brendi altında istehsal edilən avtomobil üçün əyləc bəndləri Qazaxıstana ixrac ediləcək.

ABC.AZ xəbər verir ki, bunu “Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC-nin direktoru Mehman Ağayev deyib.

Onun sözlərinə görə, avtomobillər üçün əyləc bəndləri istehsal edən zavodun illik istehsal gücü 240 min dəstdir:

“Məhsulumuz ixrac yönümlü, idxal əvəzləyicidir. Məhsulumuzu Gürcüstan, Belarus, Rusiya və Qazaxıstana ixrac etməyi nəzərdə tuturuq. Bu ölkələrə nümunələr göndərilib. Artıq Qazaxıstandan sifariş almışıq. Hazırda Türkiyənin bir neçə şirkəti ilə də ixracla bağlı danışıqlar aparılır”.