Gələn il Azərbaycanın bank sektorunun mənfəətliliyi sabit qalacaq - “S&P Global Ratings”-in proqnozu

16:35 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. “Gələn il Azərbaycanın bank sektorunun mənfəətliliyi sabit qalacaq və 2022-ci il səviyyəsində olacaq”.

ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozlarında bildirilib.

Sözügedən proqnozlarda qeyd edilib ki, sabit gəlirliliyin əsasını pərakəndə məhsullara diqqət yetirməklə yeni kredit artımı, riskin maya dəyərinin normallaşdırılması və əməliyyat xərclərinə nəzarət təşkil edəcək.

Bununla belə, “S&P” hesab edir ki, problemli kreditlər 3.5%-dən növbəti 2 il ərzində 4.0%-4.5%-ə qədər arta bilər. Agentlik həmçinin, 2023-2024-cü illərdə kredit itkilərinin isə ümumi portflelin 1.0%-1.2%-i səviyyəsində qalacağını əlavə edib.