14:31 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-noyabr aylarında 615,8 milyon manatlıq məhsul istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52.1
faiz, maşın və avadanlıqların istehsalı 37.4 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 9.9 faiz azalıb.
2023-сü ilin yanvar-noyabr aylarında 3079 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1267 ədəd çox minik avtomobili istehsal olunub. 01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 859 ədəd olub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11.3 faiz artıb. 01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026