Rusiyada “Spotify”ın fəaliyyəti rəsmi olaraq datandırıldı

10:12 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Rusiyada “Spotify” musiqi xidmətinin yeganə hüquqi şəxsi fəaliyyətini dayandırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən bildirilib.

“Spotifay” MMC 2014-cü il yanvarın 13-də Rusiyada dövlət qeydiyyatına alınıb. Cari ilin fevralın 6-da xidmət ləğvetmə ərizəsi göndərib. İsveçmərkəzli musiqi xidməti “mövcud vəziyyətin hərtərəfli təhlilindən sonra” 2022-ci il aprelin 11-dən Rusiyadakı işini dayandırıb.