Meksika hökuməti ölkələrində "Tesla"nın zavodu tikilsin deyə şirkətə güzəştlər edib

17:25 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Meksika hökuməti ABŞ-nin “Tesla” şirkətinə ölkədə zavod inşa etmək üçün 153 milyon ABŞ dollar dəyərində vergi güzəştləri verib.

ABC.AZ xəbər verir ki, nu barədə Meksikanın Nuevo-Leon ştatının hökuməti məlumat yayıb.

Məlumata görə, təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək.

Qeyd edilib ki, “Tesla” zavodun yaradılmasına ilkin olaraq 4.5 milyard ABŞ dolları sərmayə qoyacaq və bu, ştat tarixində rekord göstərici olacaq.